525.Az

"YARAT"ın uşaqlar üçün nəzərdə tutduğu virtual sərgi davam edir


 

"YARAT"ın uşaqlar üçün nəzərdə tutduğu virtual sərgi davam edir<b style="color:red"></b>

"YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan "Virtual Artım" sərgisi davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində uşaqlara yeni sərgi ilə tanış olmaq, öz robot-avatarlarını yaratmaq, habelə əsərlərini hazırlayıb, izləyicilərlə bölüşmək şansı verilib.
 
Moderatoru Mina Abbasova olan layihə hər həftənin şənbə və bazar günləri təşkil olunur.

Qeydiyyat və virtual məkanın tətbiqindən istifadə barəsində məlumat üçün 050 246 92 92 nömrəsinə bazar ertəsindən cümə gününə kimi saat 10:00-18:30-dək müraciət etmək olar.

 





18.08.2020    çap et  çap et