525.Az

Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn olunacaq


 

Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn olunacaq<b style="color:red"></b>

Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi sabah olacaq.

Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, Respublika Şahmat Mərkəzində baş tutacaq tədbir saat 11:00-da başlayacaq.
 
Üç saat davam edəcək vida mərasimindən sonra cənazə götürülərək, torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq. Bunun ardından Təzəpir məscidində ehsan veriləcək.
 
Qeyd edək ki, Həşimovun nəşi gecə saatlarında xüsusi reyslə Bakıya gətiriləcək.

 





13.01.2014    çap et  çap et