525.Az

Pandemiya dövründə məktəblər necə açıla bilər? - Təklif


 

Pandemiya dövründə məktəblər necə açıla bilər? - <b style="color:red">Təklif </b>

Hədəf Liseyi idarə heyəti pandemiya dönəmində dərslərin necə keçirilməsi ilə bağlı üç variant (Ənənəvi, Hibrid, Onlayn) üzərində işləyərək yeni tədris ilinə tam hazırlığı bitirib.

Valideynlərin narahatlığını nəzərə alaraq hazır variantların vacib detallarını sizlərlərlə bölüşürük:

Əgər Operativ Qərargah tərəfindən dərsləsin ƏNƏNƏVİ qaydada keçirilməsi qərara alınarsa, biz özəl lisey olaraq aşağıdakı tədbirləri həyata keçirməklə, valideynlərin narahatlığını aradan qaldıracağıq.

1. Əgər hər hansı bir valideyn övladının məktəbə gəlməsinə razı olmayacaqsa, həmin şagird dərslərdə Microsoft Teams platformasının köməyi ilə evdən canlı şəkildə iştirak edəcək.

2. Dərs saatları əvvəlki qaydada, saat 08.30-16.05 aralığında olacaq.

3. Yeni tədris ilindən başlayaraq ayda 2 dəfə məktəbin bütün ərazisi dezinfeksiya ediləcək. Gündəlik olaraq isə bütövlükdə binanın təmizlik və gigiyenası xüsusi dezinfeksiyaedici məhlul və vasitələrlə aparılacaq.

4. Girişdə və hər mərtəbənin dəhlizində əllərin gigiyenası üçün dezinfeksiya məhlulları olan qablar yerləşdiriləcək.

5. Məktəbə giriş:

• hər səhər istilik ölçmə cihazları ilə şagirdlərin və müəllimlərin istiliyi ölçüləcək;

• qızdırması normadan yüksək olan şagird və ya müəllim qeydə alınarsa, tədbir görülərək evə göndəriləcək;

• valideynlər və digər qonaqlar məktəb daxilinə buraxılmayacaq;

• bütün görüşlər güvənlik otağında aparılacaq.

6. Siniflərdə maksimum 18 şagird olmaqla, 36-40 m2-lik siniflərdə tək-tək əyləşəcəklər.

7. Hava şəraiti imkan verdiyi təqdirdə, uyğun dərslər açıq havada tədris ediləcək.

8. Tənəffüs saatları hər mərtəbənin sinifləri üçün müəyyən olunmuş vaxtda təyin olunacaq.

9. Səhər yeməyi və nahar siniflər üçün xüsusi ayrılmış saatlarda təşkil olunacaq.

10. Tənəffüs saatları və idman dərsləri şagirdlər üçün hazırlanmış xüsusi təmassız oyunlarla həyata keçiriləcək.

11. Məktəbin xüsusi güşələrində, siniflərdə maarifləndirici posterlər asılacaq, hər gün ilk dərsin 3-5 dəqiqəsi virusdan qorunma ilə bağlı məlumatandırma ilə həyata keçiriləcək.

12. Şagirdlərin gigiyena qaydalarına əməl edilməsinə hər sinfin köməkçi müəllimi tərəfindən xüsusi nəzarət ediləcək.

Məktəblər hibrid formada açılarsa...

Hədəf Liseyi idarə heyəti pandemiya dönəmində dərslərin necə keçirilməsi ilə bağlı üç variant (Ənənəvi, Hibrid, Onlayn) üzərində işləyərək yeni tədris ilinə tam hazırlığı bitirmişdir. Valideynlərin narahatlığını nəzərə alaraq, hazır variantların vacib detallarını sizlərlərlə bölüşürük:

Əgər Operativ Qərargah tərəfindən dərsləsin HİBRİD formada keçirilməsi qərara alınarsa, biz özəl lisey olaraq aşağıdakı tədbirləri həyata keçirməklə, valideynlərin narahatlığını aradan qaldıracağıq.

QEYD: Hibrid təhsil şagirdin həftənin müəyyən günləri məktəbdə, müəyyən günləri onlayn şəkildə dərsdə iştirakı deməkdir.

1. 18 nəfərlik siniflər iki yerə bölünərək alt-üst həftə olaraq həftənin iki günü doqquz nəfəri, üç günü isə digər doqquz nəfəri məktəbə gələcək. Gələn həftə isə üç gün məktəbə gələnlərlə, iki gün məktəbə gələnlər arasında yerdəyişmə ediləcək.

2. İki yerə bölünmüş siniflərin evdə qalan şagirdləri dərslərdə Microsoft Teams platforması ilə canlı şəkildə iştirak edəcəklər.

3. Evdə qalan şagirdlər üçün “Evdə Təhsil” layihəsi əsasında işləyən valideynlərin istəyinə uyğun olaraq, şagirdlərə nəzarət üçün öz hesablarına müəllimlə təmin edilə bilər.

4. Dərs saatları əvvəlki qaydada 08.30-16.05 aralığında olacaq.

5. Yeni tədris ilindən başlayaraq ayda 2 dəfə məktəbin bütün ərazisi dezinfeksiya ediləcək. Gündəlik olaraq isə bütövlükdə binanın təmizlik və gigiyenası xüsusi dezinfeksiyaedici məhlul və vasitələrlə aparılacaq.

6. Girişdə və hər mərtəbənin dəhlizində əllərin gigiyenası üçün dezinfeksiya məhlulları olan qablar yerləşdiriləcək.

13. Məktəbə giriş:

• hər səhər istilik ölçmə cihazları ilə şagirdlərin və müəllimlərin istiliyi ölçüləcək;

• qızdırması normadan yüksək olan şagird və ya müəllim qeydə alınarsa, tədbir görülərək evə göndəriləcək;

• valideynlər və digər qonaqlar məktəb daxilinə buraxılmayacaq;

• bütün görüşlər güvənlik otağında aparılacaq.

7. Siniflərdə maksimum 9 şagird olmaqla, 36-40 m2-lik siniflərdə tək-tək əyləşəcəklər.

8. Hava şəraiti imkan verdiyi təqdirdə, uyğun dərslər açıq havada tədris ediləcək.

9. Səhər yeməyi və nahar siniflər üçün xüsusi ayrılmış saatlarda təşkil olunacaq. 

10. Tənəffüs saatları və idman dərsləri şagirdlər üçün hazırlanmış xüsusi təmassız oyunlarla həyata keçiriləcək.

11. Məktəbin xüsusi güşələrində, siniflərdə maarifləndirici posterlər asılacaq, hər gün ilk dərsin 3-5 dəqiqəsi virusdan qorunma ilə bağlı məlumatandırma ilə həyata keçiriləcək.

12. Hesablanmış yemək xərclərindən Hibrid təhsil müddətində 50% güzəşt ediləcək.

13. Şagirdlərin gigiyena qaydalarına əməl edilməsinə hər sinfin köməkçi müəllimi tərəfindən xüsusi nəzarət ediləcək.

Məktəblər onlayn formada olarsa...

Hədəf Liseyi idarə heyəti pandemiya dönəmində dərslərin necə keçirilməsi ilə bağlı üç variant (Ənənəvi, Hibrid, Onlayn) üzərində işləyərək yeni tədris ilinə tam hazırlığı bitirmişdir. Valideynlərin narahatlığını nəzərə alaraq, hazır variantların vacib detallarını sizlərlərlə bölüşürük:

Əgər Operativ Qərargah tərəfindən dərsləsin ONLAYN qaydada keçirilməsi qərara alınarsa, biz özəl lisey olaraq aşağıdakı tədbirləri həyata keçirməklə, valideynlərin narahatlığını aradan qaldıracağıq.

1. Tədris prosesi müəyyən müddətə yenə onlayn qaydada keçiriləcəksə, dərslər Microsoft Teams tətbiqi üzərindən aparılacaq.

2. Evdə qalan şagirdlər üçün “Evdə Təhsil” layihəsi əsasında işləyən valideynlərin istəyinə uyğun olaraq, şagirdlər nəzarət üçün öz hesablarına müəllimlə təmin oluna bilər.

3. Dərslər həftəiçi hər gün 30 dəqiqəlik müddət olmaqla, 6 dərs saatı ilə tədris ediləcək.

4. Tədris planına idman və müəyyən dərnək saatları əlavə ediləcək.

5. Valideynlərə istədikləri zaman evdə olmadıqlrı təqdirdə, dərs prosesini izləmək üçün proqrama giriş izni veriləcək.

6. Dərslərin onlayn formada aparıldığı müddətdə, aylıq olaraq ödəniş 350 azn nəzərdə tutulub.

7. Şagirdlər ənənəvi qaydada olduğu kimi dərsliklərlə təmin ediləcək.

8. Dərslər ənənəvi qaydaya keçdiyi zaman keçirilmiş dərslər qısa zamanda təkrarlanaraq, boşluqlar aradan qaldırılacaqdır.

9. Birinci sinif şagirdləri üçün dərslər həftə içi hər gün 3 dərs, hər dərs 30 dəqiqə olmaqla keçiriləcək və həmin aylar üçün əsas ödəniş məbləğinin 50 %-i alınacaqdır.

Hədəf Liseyi yeni tədris ili üçün bütün hazırlıqlarını etmiş, müzakirələrdə təklif edilən üç təhsil forması (Ənənəvi, Hibrid, Onlayn) ilə bağlı planlama işlərini yekunlaşdırmışdır. Belə ki, təhsil hansı formada davam etməsindən asılı olmayaraq, lisey heyəti tam şəkildə yeni tədris ilinə hazırdır. Bu hazırlıqlar zamanı ÜST-ün, Nazirlər Kabineti yanında Operativ Qərargahın, müəyyən Beynəlxalq təcrübənin və Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif etditiyi ilkin qaydalar nəzərə alınmışdır. Sizə təqdim etdiyimiz bu video dərslərin ənənəvi və ya hibrid formada keçirilməsi ilə bağlı pandemiya dövründə məktəbin bir gününü ifadə edən sosial çarxdır. Bu sosial çarx pandemiya dövründə məktəblər açılarsa, tədrisin təşkili ilə bağlı Hədəf Liseyinin təklif etdiyi bir formatdır. Sözsüz ki, gələcəkdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tədrisin təşkili, metodiki göstərişləri və valideynlərin təkliflərinə əsasən dəyişiliklər aparıla bilər.

Bu bir video təklifdir və düşünürük ki, bu qaydalara əməl etməklə tədrisə davam edərək həm valideynlər, həm müəllimlər, həm də şagirdlərin narahatlıqları aradan qaldıra bilərik

 





20.08.2020    çap et  çap et