525.Az

40 illik borcun əvəzi (Baba Vəziroğlunun 60 yaşına)


 

40 illik borcun əvəzi <b style="color:red">(Baba Vəziroğlunun 60 yaşına)</b>

Əslində bu gün Baba Vəziroğlu haqqında ölkəmizin ən peşəkar bir jurnalisti, yazıçısı, tənqidçisi, musiqi nəzəriyyəçisi kifayət qədər maraqlı  material hazırlaya bilərdi. Lakin mən, “525-ci-qəzetin uzaq 90- illərdəadqoymaişində konsultant kimi iştirak etmiş  butarixi xidmətinmənə verdiyi imtiyazdan gen-bol sui-istifadə edən bir şəxs kimi  redaksiyanın rəhbərliyinə müraciət etdim hamını qabaqladım. Yazını məhz mənim tərəfimdən hazırlanması isə, fikrimcə obyektiv əsaslara söykənir. Babanın adını ən azı özümü dərk etdiyim vaxtlarda eşitmişəm (Ata-babalarımızın tanışlığı dostluğu tarixi isə daha qədimlərə gedib çıxır). Bu yazı həm   bir subyektiv amillə bağlıdır. Mən Babaya 40 ildən artıqdır ki, onun özünün xəbəri olmadan bir yazı borcluyam. Elə bu borcun tarixindən  başlamaq istərdim.

1973- ilin payızında İsmayıllı şəhər 3 saylı orta məktəbinin sonuncu sinfində oxuyurdum. Xəbər verdilər ki, “Azərbaycan gəncləriqəzetindən müxbir gəlib əlaçı şagirdlərdən oçerk hazırlayır. Məktəb rəhbərliyi mənim adımı verib. Baba ilə əyani olaraq onda tanış olduq. Məndən cəmi 3 yaş böyük olsa da, zəhmi xarizması kifayət qədər aşkar hiss olunurdu (Zarafat deyil, o dövrdə onun təmsil etdiyi qəzet 500-600 min tirajla çap olunurdu. Mən sonralar bildim ki, Dövlət Universitetinin Jurnalistika fakültəsinin ilk kurslarında oxuyan Babanın yazıları o dövrün əksər qəzet jurnallarına məmnuniyyətlə qəbul edilir dərc olunurmuş). Qısa müddətdən sonra qəzetdəSən yanmasan, mən yanmasam...” başlığı ilə  mənim haqqımda yazılanları oxuyanda keçirdiyim hissləri indi olduğu kimi təsvir etmək mümkün deyil. (Həm çətin ki, müasir oxucu bugünki reallıqlar baxımından bu hissləri düzgün dəyərləndirə bilsin). Amma onda gəldiyim iki qənaəti sizinlə bölüşmək istərdim. Birincisi, Baba haqqımda olduğumdan xeyli artıq yazmışdı(indi bu mənə tamamilə təbii görünür) yazını oxuyandan sonra  belə qərara gəldim ki, həmin yazıda təsvir edilənqəhrəmanaoxşamaqdan ötrü əlimdən gələni edim. Əlbəttə, bu gün bunu sovet ideologiyasının, partiyalı mətbuatın güclü təsiri kimi qiymətləndirmək olardı. Amma mən adı çəkilən sahədə xeyli müddət çalışan bir keçmişfunksionerkimi deyə bilərəm ki, Babanın yazıları bu ştamplardan xeyli uzaq idi. Daha çox gənclərin mənəvi dünyası, ümumbəşəri milli dəyərlərə sədaqəti, dostluğu, məhəbbəti, vətənpərvərliyi bu kimi digər əbədiyaşar mövzularda yazırdı Baba. (Qəzetdə işləyən dostlarımdan biri mənə sonralar danışırdı ki, Babanın o dövrdə yeniyetmələr arasında geniş yayılmiş xatirə dəftərləri haqqında yazdığı bir yazıya mindən artıq oxucu məktubu gəlibmiş...).

Babanın baza təhsili jurnalistika ilə bağlı olub mənə görə ömrü boyu bu peşə mənsubiyyətinə xəyanət etməyib. Onun ölkəmizin müxtəlif kütləvi informasiya vasitələrində dərc etdirdiyi yazıları, hazırladığı televiziya verilişləri öz dəst-xətti ilə, səmimiliyi ilə dərin təsir keyfiyyəti ilə fərqlənir buna görə kütləvi oxucu tamaşaçı marağına səbəb olur. Ötən əsrin 90- illərində, hələ ölkəmizin teleməkanında cəmi iki kanal fəaliyyət göstərərkən mən dostlarımla birlikdə Dövlət Televiziyasında “7 günhəftəlik analitik-informasiya verilişini hazırlayırdıq. Baba isə qonşu kanaldaÖmrün aylarıverilişinin müəllifi aparıcısı idi. Bəzən verilişlərimiz üst-üstə düşürdü. Tam səmimiyyətlə etiraf edirəm ki, hətta yaxın qohumlarım dostlarım da seçim qarşısında olanda Babaya baxırdılar. Onda əsəbləşirdim. İndi isə bu mənə təəccüblü görünmür...

Baba Vəziroğlunun prozası tamamilə başqa bir mövzunun söhbətidir təbii ki, bu barədə danışmaq peşəkar yanaşma tələb edir. OnunSəhər qatarı” “Yaddan çıxan görüş”, “OcaqYolkitablarında, müxtəlif qəzet jurnallarda işıq üzü görmüş çoxsaylı bədii əsərlərinin hər birisi bir tədqiqat işinin mövzusu ola bilər. Mən isə onun müasiri, həmyerlisi dostu kimi bir şeyi burada vurğulaya bilərəm. Babanın hekayə, povest romanlarındakı irili-xırdalı bütün personajları mən onun digər həmyerliləri yaxındantanıyırıq”. Bəli, onun yazdıqları gerçəkliyin tam özüdür.

Baba əl qatdığı istənilən işi özünəməxsus istedadla, həvəslə şövqlə icra edir. Onun əlindən (qələmindən, beynindən, dilindən) ortaya-ərsəyə gələn varsa hamısında həmin istedad zəhmətsevərliyin nəticələri aşkar görünür. Babanın ssenarisi əsasında çəkilmiş  Elegiya” (Zərifə Əliyeva),”Yeri boş qalan adam” (Rəşid Behbudov),”Həsən Seyidbəyli”,  Sənsiz ya ömrün son axşamı” (Həsən Turabov),  Beş nəğməlik ömür” (Oqtay Kazımov) s. sənədli filmlərə baxanda adı çəkilən şəxslərin canlı portretləri yaranır göz önündə. Sanki bu insanların taleyini, sevincini, kədərini, həyəcanını sən onlarla birlikdə yaşayır duyursan.

Baba Vəziroğlunun xeyli bədii tərcümələri publisistik əsərləri var. Çoxşaxəli yaradıcılığının bütün digər sahələrində olduğu kimi burada da o, yüksək peşəkarlıq istedad nümayiş etdirmişdir. (Hələ 1983- ildə İ. Karacaleninİtirilmiş məktubdram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna da  layiq görülüb). Babanın yaradıcılığının bu istiqamətləri ayrıca bir araşdırmanın obyekti ola bilər.

Bu gün Babanı müasirləri daha çox gözəl mahnıların mətn müəllifi kimi tanıyırlar. Hələ bir neçə il bundan qabaqkı məlumata görə mindən artıq mahnının sözləri məhz ona məxsusdur. (Bu rəqəmə görə mən zarafatla onu nəğməkar şairlərin Pelesi adlandırıram). Bu barədə səthi olsa məlumatı olan hər bir kəs bilir ki, dəyərli bir mahnının sözlərini tərtib etmək az qala bir roman ya povest yazmaq qədər əziyyət tələb edir. Bu təkcə bir şeir yazmaqdan ibarət deyil. Burada hər bir sözü, hecanı mahnının ritminə, tempinə qəlibinə oturtmaq kimi texniki problemi həll etməklə bərabər, melodiyanın ruhunu, motivini axımını da tutmaq lazım gəlir. Hələ bütün bunlardan sonra mətn öz bədii dəyərini qoruyub saxlamalıdır. Bu cür çətin işin öhdəsindən gəlmək üçün təkcə istedadlı şair olmaq kifayət deyil, burada həm çox incə musiqi duyumu tələb olunur. Təsadüfi deyildir ki, ölkəmizin çox tanınmış, istedadlı şairlərinin yalnız az bir hissəsi mahnı mətnləri yazmaq kimi müşkül bir işin altına girmişlər (Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Zeynal Cabbarzadə, Tofiq Mütəllibov, Əlağa Kürçaylı s.). Musiqidən az-çox dərəcədə başı çıxan bir adam kimi tam məsuliyyətlə bəyan edirəm ki, (özü bu tək mənim fikrim deyil)  bu baxımdan Baba Vəziroğlunun uğurlarını təkrarlamaq heç bir yazara müvəffəq olmamışdır.  Babanın mahnı mətnləri analoqu olmayan yüksək bədii zövqlə yazılmış poetik parçalardır. Baxın:

Sinəmdən asılan bir daş imiş, daş!

Səngetmədeyəndə gözlərində yaş.

Dinə bilməyəydim, lal olaydım kaş,

Dilim quruyaydıyoxdeyəndə mən.

     

Adım yaman oldu, dillərə düşdüm,

Dərddən havalandım, çöllərə düşdüm,

Bilsən sənsiz necə günlərə düşdüm.

Dilim quruyaydıyoxdeyəndə mən.

     

Artıq gecikmişəm, getdi o qatar.

Dahademəyin mənası var?

İndi gücüm bircə qarğışa çatar:

Dilim quruyaydıyoxdeyəndə mən.

Bu,  bəstəkar Kamalla Babanın hazırladıqları populyar bir hitin sözləridir. Razılaşın ki, elə mahnısız da bu,  kifayət qədər səmimi nakam bir məhəbbətin etirafını əks etdirən,yerində işlənən bədii ifadələrlə zəngin bitkin bir şeir parçasıdır. Burada rastlaşdığımızsinəmdən aslan daş”, “dilim quruyaydı”, “lal olaydım sair ifadələr mahnının melodiyası motivi ilə son dərəcə həmahəng səslənir.

Babanın mahnılara yazdığı mətnlər mövzu baxımından xeyli rəngarəng olsa da onlar hamısı eyni ustalıqla, professional səviyyədə, başlıcası isə ürəkdən gələn şeirlərdir.  Məhəbbət lirikasına aid olanAyrılığa dözərəm” “Təkcə səndən nigaranam”, “Qədrimi bilsən bilməsən sən”, “Məndən bir olmayacaq digər yüzlərlə parçalar qədər cəlbedicidirsə, ulu öndərimizə həsr edilmişXalq Heydər söyləyəcək”, “Bahar oğlu”,dini tematikaya aid olanİlahimahnılarının, “Zəfər marşının, “Türkvizionhimninin  sözləri bir o qədər təsiredici düşündürücüdür. Yəqin elə buna görədir ki,  fərqli ampluada mahnılar yazan ən məhşur bəstəkarlar (Telman Hacıyev, Oqtay Kazımov, Eldar Mansurov, Kamal, Novruz Aslan,Elza İbrahimova, Firəngiz Babayeva, Faiq Sücəddinov, Elçin İmanov s.), fərqli səs tembrləri olan tanınmış müğənnilər (Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Akif İslamzadə, Mübariz Tağıyev, Flora Kərimova, İlhamə, Yalçın Rzazadə, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev s.) onunla müxtəlif dövrlərdə məmnuniyyətlə əməkdaşlıq etmişlər.

Babanın bütün zəngin yaradıcılığını bir qəzet yazısı ilə əhatə etmək mümkünsüz bir işdir. Amma hər halda 60 yaşa qədər bu qədər işləri görmək qabiliyyətinin arxasında nələrin durduğuna bir nəzər yetirməyə cəhd göstərmək olar. Şübhəsiz ki, bu zaman dərhal göz önünə iki amil gəlir: birincisi, ulu Yaradanın yalnız Seçilmişlərə bəxş etdiyi fitri istedad.Babanın özünün bir müsahibəsində dediyi kimi, “Mən bir yox, çox adamam. Bəzən çox rəhmli, bəzən rəhmsiz, bəzən amansız, bəzən yumşaq, bəzən çox vətənpərvər, bəzən sakit, bəzən üsyankar, bəzən yazıq”. Amma bir şey danılmazdır ki, həmin oadamlarınhər birisi, bütün izhar formalarında istedadlıdırlar.İkincisi, genetik olaraq valideynlərindən ona keçmiş titanik zəhmətsevərlik. Mənə bəzən elə gəlir ki, Baba dostları ilə məclislərdə əylənəndə işləyir”, nəsə beynində yazır, pozur, yaradır. Baba əlahəzrət Vaxtı dəqiq qiymətləndirməyi bacarır. Siz fikir vermisinizmi, özü daim şou-məkanın lap mərkəzində olmasına baxmayaraq, adı bir dəfə olsun qalmaqallarda hallanmır. Buna kifayət qədər cəhdlər göstərilməsinə baxmayaraq. Sadəcə, Babanın aldığı tərbiyə, böyüdüyü mühit, başlıcası isə Vaxtını düzgün dəyərləndirməyi buna imkan vermir.

Babanın sırf insani keyfiyyətlərindən söz açarkən onun, dostluğa sədaqətindən ayrıca danışmaq zərurəti yaranır. (Təəssüf ki, son dövrlərdə bir çoxları bu məsələdə əməlli-başlı axsayırlar. Bunu da qoyaq hər cür yükü çəkməyə öyrəncəli Zəmanənin üstünə). Babanın ətrafında 30-40 il əvvəl kimi görmüşüksə, elə həmin adamlarla da dostluğunu davam etdirir. Maddi vəziyyətinin, vəzifəsinin, ictimai baxışlarının digər parametrlərinin dəyişməsindən asılı olmayaraq... Baba özünün ləyaqət hissinə çox həssas yanaşmaqla bərabər, onun çəkisində olan əksər istedad sahiblərinə məxsus kapriz, şıltaqlıq, dəymədüşərlik ərköyünlükdən uzaqdır.  

Yubiley günlərində adətən insanların aldıqları mükafatlar, layiq görüldüyü titullar  da sadalanır. Biz bu ənənəni pozmayaq. Yadımda qalanları sadalayıram: Respublika Lenin Komsomolu Mükafatı laureatı,  Humay ilahəsi”, “İlin mahnısı”, “Akademik Yusif Məmmədəliyev  mükafatı laureatı. Baba Vəziroğlunun miqyası diapazonu sonadək hüdudlanmamış istedadını əks etdirən portretinə sonuncu cizgi: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 01.08.2005-ci il tarixli Sərəncamı ilə  Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə o, “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimifəxri adına layiq görülmüşdür.

İndi Baba yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. Yarızarafat, yarıciddi özünə demişəm ki, bu, həm onun 10 il bundan qabaq bizim Buynuz kəndinə köçüb gəlməsi böyük şairimiz Musa Yaqubla qonşuluqda özünə ev tikməsi ilə bağlıdır. (Babanın bitirdiyi məktəbin yerləşdiyi İsmayıllının Hacıhətəmli kəndinin su ilə təchizatı bizim Buynuz bulaqlarının hesabına həyata keçirilir. Kəndimizin suyunun havasının qüdrətinə baxın...). Bütün həmyerliləri yaxın dostları adından Babanı təbrik edir, bu cür yaradıcılıq ruhunu itirməməyi arzu edirəm.

P.S. Yazının əvvəlində 1973- ildə gəldiyim ikinci qənaəti xatırlatmağı unutdum. Onda özümə söz vermişdim ki, mən vaxtsa Baba haqqında bir yazı yazacağam. Bilmirəm alındı, yoxsa yox!?

Simran HƏSƏNOV,

Hüquq üzrə fəlsəfə doktoru  

 





13.01.2014    çap et  çap et