525.Az

Gənc Tamaşaçılar Teatrından yenilik


 

Gənc Tamaşaçılar Teatrından yenilik<b style="color:red"></b> Azərbaycan teatr məkanında ilk dəfə eyni müəllifin 3 əsəri bir məkanda nümayiş etdiriləcək .

Gənc Tamaşaçılar Teatrından 525.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, British Council və  Dövlət Gənc Tamaşaçılar teatrının birgə layihəsi olan bu yeni iş “Teatr əməkdaşlığı”na dair müqavilə əsasında reallaşır. 

Layihədə Böyük Britaniyadan olan teatr mütəxəssisləri ilə bərabər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirlər. Yeni layihədə ingilis dramaturqu, ssenaristi və kinorejissoru, Oskar mükafatçısı Martin Mak Donaxın “Linenin trilogiyası” adlı eyniadlı əsəri əsasında “Konnemarada bir kəllə”, “Gözəllik kraliçası”, “Yalqız qərb” tamaşalarının hazırlanmasına start verilib.

Hər üç tamaşanın rejissoru və işıq rəssamları Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarıdır. Tamaşaların mart ayının əvvəllərində Azərbaycan Milli Teatr günü ərəfəsində nümayiş etdirilməsi nəzərdə tutulur.
 





13.01.2014    çap et  çap et