525.Az

"Bu, İstanbul deyil" (VİDEO)


 

"Bu, İstanbul deyil"<b style="color:red"> (VİDEO)</b>

Böyük bir hissəsi Istanbulda çəkilən Türkiyəni geridə qalmış ölkə kimi təqdim etdiyi iddia olunan "Taken 2: İstanbul" filmi haqda qızğın müzakirələr davam edir.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türklər filmdə yer alan bəzi nöqsanlarla əlaqədar onun rejissorunu tənqid atəşinə tutublar. 5 oktyabrdan etibarən Türkiyədə yayımlanan film tamaşaçılar tərəfindən tənqid olunub.

İzləyicilər təqdim olunan şəhərin İstanbul olmadığını söyləsələr də filmin Türkiyədəki rejissoru Diloy Gül bu fikirləri təkzib edib. Rejissor “Luc Beson”a özləri tərəfindən yatırım etmədiklərini deyərək, filmin İstanbul haqda tanıtım xarakteri daşımadığını vurğulayıb.

Seyrcilərin narazılıqlarına səbəb olan əsas nüanslar Türkiyənin geridə qalmış ölkə kimi təqdim olunması, bu ölkənin Albaniya ilə sərhəddə olması, polislərin və taksilərin 70-ci illəri özündə əks etdirməsi, qadınların hamısının hicablı təsviri olub.

Məşhur fransız kinematoqraf Luc Bessonun prodüsserliyi ilə çəkilən filmdə İstanbulun mədəni abidələri də öz əksini tapıb. Gül filmdə 40 il öncəki avtomobillərin çəkilməsini isə büdcələrinin zəif olması ilə izah edib.

Nigar Məhərrəm

 





15.10.2012    çap et  çap et