525.Az

Koronavirusla əlaqədar müalicə alan xəstələrdən 21-i süni tənəffüs cihazına qoşulub


 

Koronavirusla əlaqədar müalicə alan xəstələrdən 21-i süni tənəffüs cihazına qoşulub<b style="color:red"></b>

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildiriblər ki, hazırda reanimasiya şöbələrində 183 nəfər müalicə alır.

Xəstələrdən 21 nəfəri isə süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1763 nəfərdir.

 





23.08.2020    çap et  çap et