525.Az

Gürcüstanda mikroavtobus uçuruma aşdı, 12 nəfər öldü


 

Gürcüstanda mikroavtobus uçuruma aşdı, 12 nəfər öldü<b style="color:red"></b>

Gürcüstanın Şatili kəndi ərazisində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib.

Qalan sərnişinlərin axtarışı davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

 





23.08.2020    çap et  çap et