525.Az

Türkiyənin Malatya bölgəsində zəlzələ oldu


 

Türkiyənin Malatya bölgəsində zəlzələ oldu<b style="color:red"></b>

Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda 4 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 21.56-da yerin 11.89 kilometr dərinliyində baş verib. Təkanlar Malatyada, eləcə də ətraf rayonlarında da hiss edilib.

Qeyd edək ki, Pütürge Malatyanın ən seysmoaktiv bölgələrindən biridir. Bu il yanvarın 24-də episentri Sivrice olmaqla 6.8 maqnitudada zəlzələ olub. Elazığda 37, Malatyada isə 4 nəfər ölüb.

 





23.08.2020    çap et  çap et