525.Az

Aslan Qəhrəmanlınlın tərcümələrindən nümunələr


 

Aslan Qəhrəmanlınlın tərcümələrindən nümunələr <b style="color:red"></b>

abdin[email protected]

 

tofigabdin.com

 

 

Hər şeyi bir tərəfə buraxıb, bir insan olaraq 2013- il mənim üçün son dərəcə sarsıdıcı son dərəcə mağmun keçdi.Doğrudur 2013-ci ildə bir kitabım çıxdı : ONLARIN DÜNƏNİ adında.Həmin kitabı mən üzə çıxara bilmədim düzü. Çünki orada 30 il öncə qələmə aldığım bir müsahibə vardı ki,onun adı olsunBU BİZİM SON ŞANSIMIZDIR...”

 

həmin müsahibənin günahkarı  birdən-birə elə bir iddiayamı deyim, sevdayamı deyim  düşdü ki, mənim kimi qorxaq adam həmin kitabı kiməsə təklif etməkdən çəkindim.

 

Üstündən ən acı günlərim başladı. Aşağıda tərcümələrini bir parodiyasını oxuyacağınız sevimli dostum,alim yazar-dramaturq Aslan Qəhrəmanlı bizimalicənab həkimlərimizinucbatından uzun məsafəli bir xəstəliyə düçar oldu.Öz ayaqları ilə istirahət elədiyi ata yurdu Ağstafadan böyrəkdə daş olması nədəniylə Böyrək xəstəxansına gətirildi həkimlərməşvərət edənədəküç gün keçdi.Adam iki böyrəyindən oldu.

 

Daha bundan sonra düşünmək sevinmək... Qardaş kimi bir insan,gözəl dost,istedadlı yazar-dramaturq, riyaziyyat elmləri namizədi bu alicənab ziyalı düşdü dializlə yaşamağa.

 

Burasını da deyim ki,dializin dövlət tərəfindən olunması bu işi hörmətli alim AKİF MUSAYEVİN yoluna qoyması son dərəcə təsəlliverici bir olay .Sağ olsun Akif müəllim! 

 

Mənim üçün çox çətindi,çox çətindi. 60- illərdən bəri heç ayrılığımızın olmadığı ( Türkiyə illərini çıxıram) bir dost ziyalı böyük Allahın ümidinə sığınaraq yenidən yola davam edir.Yaşamaq yaradıcılıqla məşğul olmaq yoluna.Aşağıda oxuyacağınız tərcümələri parodiyanı da çox çəkinə-çəkinə təklif etdi aşağıdakı ÖN SÖZLƏ mənə göndərdi.

 

Gözlərindən öpürəm Aslanciyim! Gözəl Ata,mehriban Baba,xanımı üçün bir az mız-mızı bəyəfəndi Aslan Qəhrəmanlı!

 

2015- İLDƏ GÖRÜŞMƏK ÜMİDİYLƏ...

 

lll

 

Əzizim Tofiq Abdin,

 

Köhnə əlyazmalarımı araşdırarkən çoxlu şeirə rast gəldim. Mən şeirləri ancaq özüm üçün yazdığıma görə onların heç birini çap elətdirməmişəm. Lakin burada dünya ədəbiyyatından xeyli sayda tərcümələr var idi. Bu yazıların indi oxucular üçün maraqlı olacağını nəzərə alaraq tərcümələrin bir neçəsini sənə göndərirəm lazım bilsən onu “525-ci qəzetdəki səhifəndə yerləşdirərsən.

 

Əvvəlcədən təşəkkürümü bildirirəm,

 

Yeni ilin mübarək!

 

 

Hörmətlə,  Aslan Qəhrəmanlı.

 

31 dekabr 2013

 

Səhifənin qonağı

ETÜD A.BLOK

Əlvida!Ayrılaq...Əl verin! Aman,

İstəməz!İstəməz!Bu xoş təmasdan,

Ürəyə dolmasın qoy qubar,məlal,

Ürəyi incidər,ağrıdar bu hal.

Bu gün ayrılırıq,məndən daha siz,

Heç zamansənsözü eşitməzsiniz!

Yetər arzuladım o baxışları,

Yox,siz ağlamayın!Görməyim,barı,

Bu hicran dəmində təlaşınızı.

Siz Allah,saxlayın göz yaşınızı!

Ürəyim alışır,yanır...Siz gedin,

Bəsdir...Daha gedin....Bəsdir....Tez gedin!..

Bu nədir?Gözümdə yaş var ki, mənim,

Yoxsa ağlayıram?.. Gəl ey düşmənim!

Son dəfə bağrıma basım səni mən.

Bax belə...Əlvida...Get daha....Get,sən.

QADIN H.HEYNE

Onlar bir-birinə aşiq idilər,

Onlar bir-birinə layiq idilər.

Elə ki, yanına aşiq gələrdi,

Məşuq çarpayıda elə gülərdi.

Günlər səslə-küylə ötüşürdü.

Füsunkar gecədə öpüşürdülər.

Kişini tutdular. Qadın da gördü,

isə ardınca baxıb gülürdü.

Sifariş göndərdi kişi:Burda mən,

Sənsiz darıxıram yamanca,bilsən.

Zindana yanıma gələsən gərək,

Başını buladı qadın gülərək.

Asdılar kişini , yeddiydi saat,

Qadın tək deyildi səkkizdə;heyhat,

Sanmayın üzündən qəm tökülürdü,

Hey şərab içərək yenə gülürdü.

BİÇİLMƏMİŞ ZƏMİ

N.A.NEKRASOV

Payızın son ayı. Köçüb qarğalar,

Meşə çılpaqlanıb boşdur tarlalar,

Tək bircə zəmiyə əl dəyməyib,

Sünbüllər kədərlə başını əyib,

Yavaşca-yavaşca xışıldaşırlar,

Sanki bir-birilə pıçıldaşırlar:

Bu quru gövdəmiz yerə yatıbdır,

Dolu dənlərimiz toza batıbdır,

Köçəri quşların dimdiklərilə,

Didildik, döyüldük,dözürük hələ,

Boranlar altında dən-dən dağıldıq,

Acgöz dovşanların tapdağı olduq.

Yoxsa bu buğdalar yetişməmişdir?

Hanı bizi əkən, bu necə işdir?

Bəs niyə becərib, tər töküb burda,

Görəsən hardadır indi o, harda?

Axı dopdoludur hər bir dənimiz,

Qalmışıq küləyin ümidinə biz”.

Külək vıyıldadı, gətirdi xəbər:

Sizin əkinçiyə toxunub xətər,

Tərpənə bilməyir, xəstələnibdir,

Ağır dərd yazığı üstələyibdir,

Yemir,içmir,bilmir heç dərdi nədir,

Zəif ürəyini ağrılar didir.

Əziyyətlə əkdi, becərdi, ancaq

Biçməyi əlləri bacarmayacaq

Parlayan gözləri tamam sönübdür,

Qolları quruyub çöpə dönübdür,

Bir  vaxt mahnı deyib işləyən adam

İndi xırıldayır,inləyir müdan

BAĞIŞLA

RƏSUL HƏMZƏTOV

Özümü doğrulda bilərəmmi mən,

Bu dərdin əlindən bəs hara qaçım?

Dünənki təhqiri, olarki sən

Bağışla, əzizim, bağışla, bacım.

Özüm bilirəm ki, bu deyil asan,

Neyləyim? Qəlbimə soxulur bəzən,

Mənə bənzəməyən başqa bir insan,

Bütün ixtiyarı alır əlimdən.

O kobud , o sərxoş, yöndəmsiz adam,

Gah acıqlı olur, gah da gülür o,

Qovmaq istəyirəm, mən ona yadam,

Vuruşur, vuruşur, qalib gəlir o.

Yaxşı yaddan çıxır,oluram yaman,

Özüm utanıram hərəkətimdən.

Gözüm heç bir şeyi seçmir o zaman,

Həssaslıq silinir təbiətimdən.

Nələr etdiyimi bilmirəm bəzən,

Görmürəm kimlərə yanaşdığımı.

Şeirlər, mahnılar unudulur, mən

Özüm eşitmirəm danışdığımı.

Dünən bütün gün mənimlə idi,

Çıxmayıb heç biri indi yadımdan.

Qorxuram yadıma salım, dedi,

O nələr törətdi mənim adımdan.

Bilmədi bir an da öz həddini o,

Düz mənim qəlbimə girdi,soxuldu.

Keçdi yaxşı yaman sərhəddini o,

Sən çıxıb gedəndə o da yox oldu.

Sən getdin baxmadan,dərd məni aldı,

Arxanca hey qaçdım, dönmədin ancaq.

Onun ürəyində üfunət qaldı,

Bir döşəməyə düşmüş bir sancaq.

Özümü doğrulda bilərəmmi mən?

Bu dərdin əlindən bəs hara qaçım?

Adımla adlanan adamın dünən,

Etdiyi təhqiri bağışla, bacım!

ASLAN QƏHRƏMANLInın ÇAP OLUNMAMIŞ BİR PARODİYASI.

Küçə itinin gənələrinə

  ev itinin hürcəsinə

 necə dinləmək

 necə dinləmək

                            efirdə əndam bulayan şortuları

            ya da buxara papaqlı

                                                  əyri qəlyanlı

                                    ağır oturub batman gələn

                                   çingənələr kimi

                                    dişlərini qızıla basan

                                 yastı-yapalaq şərq kişilərinin

mavi rəngli mütrif nəğmələrini

 necə ağlamaq

 necə ağlamaq

             zorlanan qadın sayaq

                              bir gizlinə çəkilib sıqqıldayaraq

             eləcə ulamaq ulamaq

                   küçə iti kimi hürcəsinə...

                                           ŞƏRİF AĞAYAR

necə dinləmək necə dinləmək

əyri qəlyanlı

yastı yapalaq kişilərin

dişlərini qızıla basan

çingənələr kimi

oyun havası çalcasını

necə seyr etmək necə seyr etmək

kimlərinsə rəqsdə

atılıb düşməkdən yorularaq

zibillikdə eşələnən

küçə itinə

 yapışmış gənələr kimi

hərəkətsiz qalcasını

necə dözmək necə dözmək

nabələd adamın kəl arabasını

sıldırım qayalığa sürcəsinə

necə ulamaq necə ulamaq

çox asanca

səsini oxşatmaqla

sahibi ölmüş

ev itinin  hürcəsinə

necə zövq almaq necə zövq almaq

baxırsansa

özünü xeyirin

qalan hamını şərin

yanında hesab edən

bəzi yazarların

öz yolunu azcasına

 

bilmədiyi dildə şeir

yazcasına.

 

 





14.01.2014    çap et  çap et