525.Az

"Akademik Bəkir Nəbiyev" sərgisi virtual rejimdə təqdim olundu


 

"Akademik  Bəkir Nəbiyev" sərgisi virtual rejimdə təqdim olundu<b style="color:red"></b>

Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin anadan olmasının 90 illiyi tamam olur.

Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən akademikin həyat və fəaliyyətinə dair hazırlanan "Akademik Bəkir Nəbiyev" adlı sərgi virtual rejimdə  təqdim olunmuşdur.

Virtual sərgidə akademikin  fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, müəllifi, tərtib, tərcümə və  redaktoru olduğu kitablar, haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Bekir_Nebiyev/index.htm linkindən istifadə edə bilərlər.

 





23.08.2020    çap et  çap et