525.Az

Daha 152 nəfərdə koronavirus aşkarlandı: 111 sağalan, 1 ölən var


 

Daha 152 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">111 sağalan, 1 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35.426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33.104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1803 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4890 ötən müddət ərzində isə ümumilikdə 878.667 test aparılıb.

 





24.08.2020    çap et  çap et