Yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovun cənazəsi xüsusi reyslə Bakıya gətirilib.
APA- nın verdiyi məlumata görə, V. Həşimovla vida mərasimi bu gün Respublika Şahmat Mərkəzində baş tutacaq.
Vida mərasimindən sonra V. Həşimov 3-cü Fəxri xiyabanda torpağa tapşırılacaq.
çap et