525.Az

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru təyin edildi


 

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru təyin edildi <b style="color:red"></b>

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq, AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən, Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edib.

Həmçinin Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilib.

 





25.08.2020    çap et  çap et