525.Az

Sahibkarlıq sahəsində yeni qanun layihəsi hazırlanacaq


 

Sahibkarlıq sahəsində yeni qanun layihəsi hazırlanacaq<b style="color:red"></b>

“Azərbaycanda sahibkarlıq sahəsində yeni qanun layihəsinin hazırlanması istiqamətində iş aparılacaq”.

Bunu "APA"ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T.Mirkişili deyib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin planında "Sosial sahibkarlıq haqqında" qanun layihəsi ilə bağlı araşdırmaların aparılması var. O cümlədən, sahibkarlara yeni dəstək mexanizmləri hazırlanması ilə bağlı araşdırmaların aparılması da gündəmdədir:

"Satınalmalar haqqında" qanuna dəyişiklik də nəzərdə tutulur".

 





25.08.2020    çap et  çap et