525.Az

"Britaniyanın Baş naziri istefa verə bilər"


 

"Britaniyanın Baş naziri istefa verə bilər"<b style="color:red"></b>

“Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxduqdan sonra səhhətində yaranan problemlərə görə təxminən altı ay müddətində istefa verə bilər”.

Bu barədə “The Times” qəzeti Baş nazirin müşaviri Dominik Kumminqsə istinadən məlumat dərc edib.

Baş nazirin qayınatasına istinad edərək açıqlama verən müşavir Baş nazirin 2021-ci ilin əvvəlində təqaüdə çıxmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, bu ilin aprel ayında koronavirusa yoluxan Boris Conson reanimasiyaya yerləşdirilmişdi.

 

 





26.08.2020    çap et  çap et