525.Az

Həsən Məmmədov anılacaq


 

Həsən Məmmədov anılacaq<b style="color:red"></b> Yanvarın 17-də Dövlət Film Fondunda xalq artisti Həsən Məmmədovun 75 illik yubileyi münasibətilə xatirə tədbiri keçiriləcək. Dövlət Film Fondundan APA-ya verilən məlumata görə, tədbirdə H. Məmmədova həsr edilən fotosərgi nümayiş etdiriləcək, rol aldığı filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinlənəcək.
 
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.
 





14.01.2014    çap et  çap et