525.Az

Azərbaycan şirkətləri Rusiya bazarına dəyəri 10 milyon manatdan çox məhsul ixrac ediblər


 

Azərbaycan şirkətləri Rusiya bazarına dəyəri 10 milyon manatdan çox məhsul ixrac ediblər <b style="color:red"></b>

Azərbaycan şirkətləri Rusiya bazarına bu ilin əvvəlindən dəyəri 10 mln. manatdan çox məhsul ixrac ediblər.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, məhsul tədarükü 11-14 fevral tarixlərində Moskvada keçirilən "Prodexpo 2020" sərgisində 14 mln. manat dəyərində imzalanan müqavilə çərçivəsində həyata keçirilib.

Müqaviləyə əsasən, Azərbaycan şirkətləri Rusiya bazarına müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və  digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsullar ixrac ediblər.

Qeyri-neft məhsullarının ixracının artırılması, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdiriləcək. Belə ki, Covid-19 pandemiyasından irəli gələn məhdudiyyətlərdən asılı olaraq ilin sonunadək bir neçə beynəlxalq sərgidə iştirak nəzərdə tutulur.

 





25.08.2020    çap et  çap et