525.Az

Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü başladı - Yenilənib


 

Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü başladı -<b style="color:red"> Yenilənib</b>

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb.

Danışıqların yekunları ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcək.

***

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş ilk olaraq təkbətək formatda keçirilir.

Görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.

Görüşün yalnız protokol hissəsi mətbuata açıq olub.

Görüşün yekunları ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

 





26.08.2020    çap et  çap et