525.Az

"Sevilənlər sevənlər" rubrikası davam edir


 

"Sevilənlər sevənlər" rubrikası davam edir<b style="color:red"></b>

Gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.

90 ildən artıq fəaliyyət göstərən Respublika Gənclər Kitabxanası bu illər ərzində daim öz ətrafında sağlam düşüncəli, dinamik gənclər ordusunu toplamağa müvəffəq olub və gənclərin mütaliəsinin, asudə vaxtının təşkili və maarifləndirilməsi yolunda əlindən gələni edib. Bütün dünyada olduğu kimi, narkomaniya "Ağ ölüm" adlandırılan bəla Azərbaycandan da yan keçməyib. Statistikaya əsasən, bu dəhşətli bəladan əziyyət çəkənlərin əksəriyyəti gənclərdir. Narkomaniyaya dair bu və digər məsələləri müzakirə etmək üçün Respublika Gənclər Kitabxanası "Sevilənlər sevənlər" rubrikası altında keçirdiyi canlı yayıma qonaq qismində həkim narkoloq Asif Kəngərlini dəvət edib.

Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən canlı yayıma 2 mindən çox izləyici qatılıb. Qonaq, ilk növbədə, statistik rəqəmlərə müraciət edərək narkomaniyanın ən çox əhalinin hansı yaş qrupları arasında daha geniş yayılmasını rəqəmlərlə izləyicilərin diqqətinə çatdırıb. O, narkotik vasitələrdən asılılıq müayinələri, test mərkəzləri haqqında ətraflı məlumat verib. Canlı yayımda narkotik vasitələrdən asılı olan insanlarla münasibətlərdə riayət olunması vacib olan şərtlər, incəliklər, narkomanların ailələrinin, yaxınlarının üzərinə düşən məsuliyyət yükü, narkomaniyanın acı sonluqları, narkomanlar ilə aparılan müalicə metodları, psixoterapiya və s. kimi mövzular da müzakirə olunub. Asif müəllim bu sahədə təbliğat işinin gücləndirilməsi zəruriyyətini dilə gətirib, müəllifi olduğu "Bəla", "Zəhrimar" əsərləri haqqında izləyicilərə geniş məlumat verib. Qonaq canlı yayım zamanı istifadəçilərin sualları ilə yanaşı, müsahibəni aparan kitabxananın əməkdaşının da suallarını cavablandırıb. Canlı yayım zamanı alkoqolizm, tabakamaniya, narkomaniya ilə yanaşı gedən HİV, QİÇS xəstəlikləri və s. mövzular ətrafında diskussiyalar da aparılıb.

 





26.08.2020    çap et  çap et