525.Az

"Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü" adlı virtual sərgi təqdim olundu


 

"Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü" adlı virtual sərgi təqdim olundu<b style="color:red"></b>

Artıq dünya ölkələrində Azərbaycan muğamı birmənalı olaraq qəbul edilmiş, dünyanın mədəni irs siyahısında nadir əsər tək qorunur və təqdim olunur. Hər il 26 avqust "Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü" kimi qeyd edilir.

26 avqust tarixi bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadan və onun təbliğinə daim yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır.

Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən "Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü" adlı virtual sərgi hazırlanmışdır.

Virtual sərgidə  Azərbaycanın görkəmli şəxsiyyətlərinin muğam sənəti haqqında fikirləri, fotolar, mövzuya dair kitab və məqalələr tammətnləri ilə təqdim olunur.

 





26.08.2020    çap et  çap et