525.Az

Eldar Həsənovun vəsatəti təmin olunub


 

VƏKİL ADİL İSMAYILOV: "OBYEKTİV QƏRAR QƏBUL ETDİKLƏRİ ÜÇÜN ELDAR HƏSƏNOVUN ADINDAN DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN VƏ BAŞ PROKURORLUĞUN RƏHBƏRLİYİNƏ MİNNƏTDARLIĞIMIZI BİLDİRİRƏM"

Eldar Həsənovun vəsatəti təmin olunub<b style="color:red"></b>

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov Həsənovun cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətindən Baş Prokurorluğa ötürülüb.

Bu barədə Eldar Həsənovun vəkili Adil İsmayılov avqustun 24-də öz Feysbuk hesabında açıqlama yayıb.

Vəkil bildirib ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib:

"Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm. Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb".

Qeyd edək ki, məlumatı Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib. Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vəkil Adil İsmayılovun bu barədə yaydığı məlumat düzgündür və hazırda Eldar Həsənov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

 





26.08.2020    çap et  çap et