525.Az

Avtobus cibgirləri tutuldu


 

Avtobus cibgirləri tutuldu<b style="color:red"></b>

Tovuz şəhərinin ərazisində şəhərarası xətt avtobusunda oğurluğa cəhd göstərmiş 2 nəfər tutulub. 

525.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, şəxsiyyətləri məlum olmayan 2 şəxs şəhər sakini Zirəddin İsayevin cibindən 50 manat pul oğurlamağa cəhd göstərib.

Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərmiş Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Şahin İbrahimov və Mətləb İsmayıllı saxlanılıblar.

 





14.01.2014    çap et  çap et