525.Az

Mehriban Əliyeva doğum gününü təbrik edənlərə təşəkkür etdi


 

Mehriban Əliyeva doğum gününü təbrik edənlərə təşəkkür etdi<b style="color:red"></b>

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum gününü təbrik edənlərə təşəkkür edib.

O, bu barədə rəsmi "İnstagram" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!".

 





27.08.2020    çap et  çap et