525.Az

Sərnişindaşıma tarifləri bahalaşıb


 

Sərnişindaşıma tarifləri bahalaşıb<b style="color:red"></b>

Dekabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 1,4 faiz bahalaşıb. 

525.az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, ötən ay ərzində MDB ölkələrinə hava nəqliyyatı və dəmir yolu nəqliyyatı üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 3,5 və 16,9 faiz, digər xarici ölkələrə hava nəqliyyatı üzrə sərnişindaşıma tariflərində isə 8,9 faiz bahalaşma müşahidə olunub.

Dekabr ayında dəniz nəqliyyatında sərnişindaşıma tarifləri 2,3 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neft və qazın nəql olunma tarifi üzrə və avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri və yükdaşıma tarifləri üzrə dekabr ayında dəyişiklik müşahidə olunmayıb.

 





14.01.2014    çap et  çap et