525.Az

Azərbaycanda evlənənlər və boşananların sayı artıb


 

Azərbaycanda evlənənlər və boşananların sayı artıb<b style="color:red"></b> 2013-cü ildə Azərbaycanda 2012-ci ilə nisbətən bağlanan nikahların sayı 10,3% artıb.

Belə ki, 2012-ci ildə ölkədə 78 480 nikah bağlanmışdısa, ötən il ailə quranların sayı artaraq 86 594-ə çatıb.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.
Bununla yanaşı, ölkədə boşanma hallarının da sayı artıb. Belə ki, ötən il 11 849 nikah pozulub. Halbuki 2012-ci ildə bu 11 min 182 təşkil edib.
 





14.01.2014    çap et  çap et