525.Az

"COIA-2020" beynəlxalq konfransı keçirilir


 

"COIA-2020" beynəlxalq konfransı keçirilir<b style="color:red"></b>

Dünən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci Beynəlxalq Konfransı (COIA-2020) onlayn formatda işə başlayıb.

Nazirlikdən "525-ci qəzet"ə verilən məlumata görə, üç gün davam edəcək konfransın təşkili tədqiqatçıların və tələbələrin fikirlərini bölüşməsi, son nəticələri müzakirə etməsi üçün sənaye mütəxəssisləri ilə görüşə biləcəyi bir ortam təmin etmək məqsədi daşıyır.

"COIA-2020" "İdarəetmə nəzəriyyəsi", "Optimallaşdırma", "İntellektual sistemlər", "Faizi idarəetmə", "Şəbəkə və telekommunikasiya", "Ədədi və hesablama metodları", "Riyazi modelləşdirmə və simulyasiya", "Sənaye və iqtisadiyyatda tətbiqlər", "İdentifikasiya", "Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi" mövzularını əhatə edir.

İdarəetmə və optimallaşdırmanın bütün aspektləri plenar görüşlərdə tanınmış alimlər tərəfindən təqdim ediləcək.

 





27.08.2020    çap et  çap et