525.Az

Milli Xalça Muzeyinin hazırladığı audiobələdçi Ukrayna dilində


 

Milli Xalça Muzeyinin hazırladığı audiobələdçi Ukrayna dilində<b style="color:red"></b>

Azərbaycan Milli Xalça Muzeyi həm yerli əhalinin, həm də turistlərin muzey haqqında ətraflı məlumat almaq imkanlarını genişləndirmək üçün səylərini səfərbər edib.

Bu istiqamətdə muzeyin növbəti yeniliyi turistlər tərəfindən rahatlıqla istifadə edilən audiobələdçi mətnlərinin Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı, artıq Ukrayna dilində də təqdim olunmasıdır.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayından Azərbaycan Milli Xalça Muzeyi və Ukraynanın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı nəticəsində bu layihənin həyata keçirilməsinə başlanılıb. Beləliklə, Milli Xalça Muzeyində Ukrayna vətəndaşlarına yüksək səviyyəli ekskursiyaların təşkili məqsədilə audiobələdçi mətnlərinin Ukrayna dilinə tərcüməsi və səsləndirilməsi işi yekunlaşıb.

Birgə əməkdaşlıq çərçivəsində həmçinin, Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyində maraqlı videoçarx da lentə alınıb. Ukraynanın Müstəqillik Günü münasibətilə hazırlanan videoçarxda muzeyin direktoru Şirin Məlikova və Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Azərbaycan Milli Xalça Muzeyi ilə Ukrayna səfirliyinin ortaq layihəsindən bəhs ediblər. Şirin xanım həmçinin, dost Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, Milli Xalça Muzeyi hamıya əlçatanlığı təmin etmək üçün səylərini davam etdirir.

 





27.08.2020    çap et  çap et