525.Az

Ədliyyə Nazirliyində yeni təyinat


 

Ədliyyə Nazirliyində yeni təyinat <b style="color:red"></b>

Qabil Həmzə oğlu Əliyev Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

525.az xəbər verir ki bu barədə nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.

Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmış, həmçinin elmi fəaliyyətlə də məşğul olub.

O, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktorudur. 2007-ci ildən etibarən, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışıb. Xidməti fəaliyyətində dəfələrlə mükafatlandırılıb, analitik təhlil sahəsində xüsusi bacarıqları və işgüzarlığı ilə fərqlənib.

Hərtərəfli islahatlar dövründə Q.Əliyevin məhz bu keyfiyyətləri və iş tərcübəsi nəzərə alınaraq özügedən qərar qəbul olunub.

Aynur Sabitova onu da vurğulayıb ki, hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq idarənin digər müavini Fərid Əfəndiyev icra edir.

 





28.08.2020    çap et  çap et