525.Az

Milli Xalça Muzeyində virtual tur yenilənib


 

Milli Xalça Muzeyində virtual tur yenilənib<b style="color:red"></b>

Ölkəmizin mədəni həyatında önəmli yer tutan Azərbaycan Milli Xalça Muzeyi hər zaman öz fəaliyyətində sürətlə dəyişən və müasirləşən dünyanın tələblərini nəzərə alır. Belə ki, dekorativ-tətbiqi sənətin unikal nümunələrinin qorunub saxlanıldığı, nümayiş etdirildiyi Azərbaycan Milli Xalça Muzeyində 360 dərəcə virtual tur yenilənib.

Muzeydən bildirilib ki, virtual tur vasitəsilə arzu edən hər kəsin Bakının ən orijinal və möhtəşəm memarlıq binasını bütünlüklə gəzmək, onun ayrı-ayrı mərtəbələrindəki eksponatları görmək imkanı var. Azərbaycan Milli Xalça Muzeyinə virtual tur etmək istəyən şəxslər bunun üçün telefon, planşet və ya kompüterdən istifadə edə bilər. Eyni zamanda, muzeyi dünyanın istənilən nöqtəsindən virtual reallıq eynəkləri vasitəsilə gəzmək mümkündür.

Qeyd edək ki, muzeyə 360 dərəcə virtual turda Azərbaycan və ingilis dillərində müfəssəl məlumat yer alır.

Bir sözlə, COVİD-19 pandemiyası ilə əlaqədar yaranmış maneələrə baxmayaraq, hər zaman tamaşaçılarını düşünən Milli Xalça Muzeyi dünyanın istənilən nöqtəsində yaşayan insanlara daha yaxın və əlçatandır.

 





28.08.2020    çap et  çap et