525.Az

Avqustun 31-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək


 

Avqustun 31-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək<b style="color:red"></b>

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də avqustun 31-dək dayandırılıb.

 





29.08.2020    çap et  çap et