525.Az

“Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi gündəmdə saxlanılacaq”


 

“Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi gündəmdə saxlanılacaq”<b style="color:red"></b>

“Payızda qrip kimi virusların aktivləşməsi də diqqət mərkəzində saxlanılır. Bu barədə digər ölkələrlə və ÜST-lə məsləhətləşmələr davam etdirilir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, peyvəndin hazırlandığı xarici ölkələrlə əlaqə saxlanılır:
 
“Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi də gündəmdə saxlanılacaq. Dünya səviyyəsində qəbul edilmiş, sertifikasiya edilmiş və kənar təsirləri olmayan peyvəndlər vacib şərtdir”.

 





29.08.2020    çap et  çap et