525.Az

Özbəkistan mətbuatında Azərbaycan muğamı haqqında məqalə verilib


 

Özbəkistan mətbuatında Azərbaycan muğamı haqqında məqalə verilib<b style="color:red"></b>

Özbəkistanın ishonch.uz portalında Azərbaycan muğamı və Xan Şuşinski haqqında Vaqif Yusiflinin rus dilində məqaləsi yer alıb.

AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan məqalədə Azərbaycan muğamı haqqında məlumat verilir. Bildirilir ki, Azərbaycan muğamı Xan Şuşinskiyə qədər və bu böyük xanəndədən sonra bir neçə mərhələdə inkişaf edib.

Materialda Xan Şuşinskiyə qədər olan dövrdəki muğam ustaları - Hacı Hüsü, Səttar, Sadıqcan, Bülbülcan, Mirzə Fərəc, Mirzə Məhəmmədhəsən və digər ifaçılar haqqında söhbət açılır. Yazıda bildirilir ki, XX əsrin birinci yarısında Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Şəkili Ələskər, Əbülhəsən Xan İqbal, Zabul Qasım, Seyid Şuşinski, Məşədi Mirzə Mansur, Zülfü Adıgözəlov, Bülbül və ən nəhayət Xan Şuşinski Azərbaycan muğamını klassik formada təqdim edən xanəndələr olub.

Məqalədə müasir dövrümüzdə muğam sənətini daha da inkişaf etdirən xanəndələr arasında Yaqub Məmmədov, Ağabala Abdullayev, Hacıbaba Hüseynov, Rübabə Muradova, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Qədir Rüstəmov, Mənsum İbrahimov və digərlərinin adı çəkilir və bildirilir ki, belə xanəndələrin sayəsində Azərbaycan muğamı xarici ölkələrdə də təbliğ edilib və bu istiqamətdə fəaliyyət davam edir.

 





28.08.2020    çap et  çap et