525.Az

İri ticarət mərkəzlərin açılması ilə bağlı məsələyə münasibət bildirildi


 

İri ticarət mərkəzlərin açılması ilə bağlı məsələyə münasibət bildirildi<b style="color:red"></b>

“İri ticarət mərkəzlərin açılması barədə hələ qərar yoxdur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, gələcəkdə bu məsələyə baxılması istisna deyil:

“Epidemioloji vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə addımlar atılması vacibdir. İri ticarət mərkəzləri barədə məsələ də müzakirə olunaraq, bu barədə müvafiq qərarlar veriləcək”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, rayonlararası gediş-gəliş məsələsi də Operativ Qərargahda müzakirə olunacaq:

“Qəbul ediləcək qərarlar barədə də ictimaiyyətə məlumat veriləcək”.

 

 





29.08.2020    çap et  çap et