525.Az

Nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarılıb


 

Nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarılıb<b style="color:red"></b>

Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin  müdiri İlham Məmmədov tutduğu vəzifədən azad olunub.
Lent.az-ın məlumatına görə, İlham Məmmədov Modern.az saytına bildirib ki o, öz ərizəsi ilə işdən azad olunub.

İlham Məmmədov həmçinin başqa bir dövlət qurumunda iş təklifi aldığını bildirib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin rəhbəri vəzifəsi  boşdur.

Qeyd edək ki, İlham Məmmədov 2007-2008-ci illərdə “Yeni İqtisadiyyat” jurnalında informasiya şöbəsinin müdiri və “Ekspert” jurnalında analitik kimi çalışıb. 2000--2010 illər ərzində “Azadinform” İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirib.

2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində şöbə müdirinin müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.
2012-ci ildən ötən günə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində şöbə müdiri vəzifəsində fəaliyyətimi davam etdirib.

İlham Məmmədov media ilə ən yaxşı işləyən mətbuat katiblərindən biri idi.

 





15.01.2014    çap et  çap et