525.Az

“Bandotdel” Bakıda əməliyyat keçirib


 

“Bandotdel” Bakıda əməliyyat keçirib<b style="color:red"></b> Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda “Ovçu” mağazasında əməliyyat keçirib.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə,  həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu Ş. Qurbanov küçəsində yerləşən “Ovçu” mağazasının anbarına baxış zamanı oranın müdiri, Bakı şəhər sakini Dəyanət İbrahimova və satıcısı Qiyas Zeynalova məxsus, qanunsuz saxladıqları 1 ədəd üzərində nişangahı olan “Tiqr” markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş içərisində 5 ədəd patron olan daraq, 1 ədəd üzərində nişangahı olan “Walter” markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş 349 ədəd patron və 1 ədəd nişangah aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 





15.01.2014    çap et  çap et