525.Az

"Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində" kitab nəşr olunub


 

"Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində" kitab nəşr olunub<b style="color:red"></b>

Bildiyimiz kimi, bu il faşizm üzərində qələbənin 75 illiyi tamam olur. Qələbənin qazanılmasında xalqımızın mərd oğullarının böyük rolu olub. 200 min nəfərdən artıq cəsur Azərbaycan oğlu Vətən uğrunda döyüşlərdə həlak olub, xalqımızın fədakar oğulları və ayrı-ayrı müəssisələr arxa cəbhədə də gecə-gündüz çalışaraq cəbhəyə kömək ediblər.

Faşizm üzərində tarixi qələbənin 75 illiyinə həsr olunmuş  "Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər)" adlı kitab Azərbaycan Milli Kitabxanasının Böyük Vətən müharibəsi illərindəki fəaliyyətinə həsr edilib. Azərbaycan və rus dillərində nəşr olunan bu kitabda  müharibə dövründə kitabxana fondunun tərkibi,  kitab verilişi, oxucuların davamiyyəti, Milli Kitabxananın məlumat-biblioqrafiya fəaliyyəti, müharibə ilə əlaqədar tədbirlərin təşkili, kitabxanaçıların fədakar əməyi, hospitallarda yaralı əsgərlərə kitabxana xidmətinin göstərilməsi, müharibə mövzusu ilə əlaqədar sərgilərin keçirilməsi  və digər məsələlər əks olunub.

Yeni nəşrin Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndərilməsi təmin edilib.

 

 





29.08.2020    çap et  çap et