525.Az

Magistraturanın boş qalan yerlərinə proqram və ixtisaslaşma seçimi başa çatdı


 

Magistraturanın boş qalan yerlərinə proqram və ixtisaslaşma seçimi başa çatdı<b style="color:red"></b>

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, boş qalan yerlərə qəbul 23 fevral 2020-ci il tarixində keçi­rilmiş qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Boş qalan yerlərə qəbul olmaq üçün 2186 bakalavr proqram və ixtisaslaşma seçimini təsdiq edib. Onlardan 2114-ü Azərbaycan, 72-si rus bölməsi üzrədir.

 





01.09.2020    çap et  çap et