525.Az

“Zoom"un satışdan gəlirləri 4 dəfədən çox artıb


 

“Zoom"un satışdan gəlirləri 4 dəfədən çox artıb<b style="color:red"></b>

Bu ilin II rübündə ABŞ-ın kommunikasiya texnologiyaları şirkəti - “Zoom Video Communications"ın satışdan gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artaraq 663,5 milyon ABŞ dolları təşkil edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, rüb ərzində "Zoom" fond birjasında səhmləri ən çox bahalaşan 2-ci şirkət olub. II rübün maliyyə nəticələri açıqlandıqdan sonra isə texnologiya qurumunun bazar dəyəri 22%-dən çox artıb.

 





01.09.2020    çap et  çap et