525.Az

Yumşalma və mübarizə - Pandemiya


 

DEPUTAT CEYHUN MƏMMƏDOV: "BİRDƏN-BİRƏ BÜTÜN AÇILMA PROSESLƏRİNƏ İCAZƏ VERİLSƏ, CİDDİ PROBLEMLƏR YAŞAYA BİLƏRİK"

Yumşalma və mübarizə - <b style="color:red">Pandemiya</b>

Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə üzrə ardıcıl tədbirləri davam etdirir. Səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaş məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləridir.

Hazırda ölkənin əksər şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilib, bir çox məhdudliyyətlər aradan qaldırılıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə bir sıra məhdudiyyətlərin saxlanılması qərara alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərarlardan öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənir, təhlil edir, bütün risklər müəyyənləşdirilir və onların qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir.

Gediş-gəlişlə bağlı məhdudiyyətin qüvvədə qalması yoluxma təhlükəsinin daha yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayondan ölkənin digər şəhər və rayonlarına infeksiyanın ötürülməsini maksimal şəkildə məhdudlaşdırmaq məqsədi daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində və təlimatlarında da yoluxma riski daha yüksək olan regionlarla digər bölgələr arasında gediş-gəliş məhdudiyyətlərinin tətbiqi məqsəduyğun hesab edilir. Vətəndaşlarımızın məsuliyyətli davranışı, səbr və təmkinlə, anlaşıqlı şəkildə məhdudiyyətlərə yanaşması əldə edilmiş uğurun başlıca şərtlərindən biridir.

Nəzərə alınmalıdır ki, payız-qış mövsümü, həmçinin, digər xəstəliklərin fəallaşdığı dövrdür. COVİD-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir. Buna görə də hazırkı dövrdə ən başçıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir.

Bəzi vətəndaşlar tərəfindən gediş-gəlişlə bağlı məhdudiyyətlərin qüvvədə saxlanmasına qarşı dözümsüzlük mövcud təhlükəni aydın təsəvvür edə bilməmək, insanlarımızın, cəmiyyətimizin, özünün və ailəsinin sağlamlığı və təhlükəsizliyinə laqeyd münasibətin təzahürüdür. Bu, yolverilməz haldır.

Sanitar-epidemioloji vəziyyət qənaətbəxş olduğuna görə, muzeylər və sərgi zallarının fəaliyyətini bərpa etmək qərara alınıb. Bəziləri bunu aktual hesab etmir. Lakin məsələyə məntiqlə yanaşdıqda, aydın görmək olar ki, pandemiya ilə əlaqədar hələlik bəzi məhdudiyyətlərin saxlanması heç də digər sahələr üzrə yumşaldıcı qərarların qəbulunu istisna etməməlidir.

Muzey və sərgi salonları təkcə ölkəmizə gələn turistlər üçün deyil, həm də mədəniyyət və incəsənət nümunələri, tariximiz və s. ilə tanış olmaq üçün hər bir vətəndaş, xüsusilə gənclərimiz üçün böyük əhəmiyyətə malikdir.

Muzeylərimiz və sərgi salonlarımız Azərbaycanda turizm sürətlə inkişaf etmədiyi dövrdə də fəaliyyət göstəriblər. Təhsil müəssisələrinin fəaliyyətə başlaması bu müəssisələrə gələnlərin sayının artmasına müsbət təsir göstərəcək.

Deputat Ceyhun Məmmədov hesab edir ki, xüsusi karantin rejiminin uzadılması zərurətdən doğan addım idi və əsas məqsədlərdən biri vətəndaşlarının təhlükəsizliyinin təmin olunması, sağlamlığının qorunmasıdır. O deyib ki, yumşalmalar tədricən baş verir. Birdən-birə bütün açılma proseslərinə icazə verilsə, Bakıya gediş-gəliş tam sərbəst olsa, eləcə də nəqliyyat tam formada bərpa olunsa, müəyyən ciddi problemlər yaşaya bilərik: "Hər kəsə bəllidir ki,  hələlik dərmanı tapılmayan bu xəstəlik daha çox insanların bir-biri ilə sıx təmasda olması səbəbindən yayılır. Vətəndaşlarımız bir yerə daha çox toplaşdıqda, kütləvi tədbirlər təşkil edildikdə və ya nəqliyyatdan sıx şəkildə istifadə edildikdə xəstəliyin yayılma ehtimalları daha böyük olur. Ona görə də, bu reallıqlar nəzərə alınaraq, xüsusilə də yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək".

Deputat dərslərin başlanması ilə bağlı fikirlərini də bölüşüb: "Bu prosesə mərhələli şəkildə getməliyik. Tədris müəssisələrinə də yanaşma bu istiqamətdə götürülür ki, tam ənənəvi tədrisə keçə bilmərik".

Deputat Jalə Əliyeva deyib ki, artıq uzun müddətdir ki, karantin rejimi şəraitində yaşayırıq və bu da vətəndaşlarımızın sağlamlığı üçündür. O, əlavə edib ki, müəyyən yumşalmalara gedilib, həmçinin, muzeylərin, sərgi salonlarının fəaliyyəti bərpa olunub ki, bu da zəruri addımlardan biridir: "Dəfələrlə səsləndirdiyimiz fikri bir daha vurğulamaq istərdim ki, bu virus müharibəsi elan olunmamış bir müharibədir, nə zaman bitəcəyi heç kəsə məlum deyil, heç bir dünya ölkəsi, o cümlədən, Azərbaycan da bu virusun gəlişinə hazır deyildi. Azərbaycan dövləti əlindən gələni etdi ki, vətəndaşlarını bu virus təhküləsindən qorusun".

PƏRVANƏ

 





01.09.2020    çap et  çap et