525.Az

Bakıda yeni ekspres taksilər fəaliyyətə başlayacaq


 

Bakıda yeni ekspres taksilər fəaliyyətə başlayacaq<b style="color:red"></b>

Bakıda yeni ekspres taksi xidməti yaradılacaq.

Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib.

Onun sözlərinə görə, bu məsələ Agentliyin təşəbbüsü ilə müzakirə edilən yeni konsepsiyada öz əksini tapıb:

"Həmin taksilər birbaşa marşrut üzrə hərəkət edəcək. Bu taksilər fəaliyyətə başlayandan sonra pərakəndə halda işləyən "1 manatlıq" taksilərin fəaliyyətinin qarşısı alınacaq. Ekspres taksilər sərnişinlər üçün tənzimlənən formada fəaliyyət göstərəcək".

H.Babayev bildirib ki, hazırda müxtəlif istiqamətlərdə "1 manatlıq" taksilər pərakəndə vəziyyətdə fəaliyyət göstərərək bir dayanacaqdan digər dayanacağa sərnişin daşımaqla məşğuldur:

"Həmin taksilər tənzimlənmədiyindən avtobus dayanacaqlarına daxil olur, dayanacaqlarda və yollarda tıxaclar yaradır. Bu da sərnişin və sürücülərin haqlı narazılığına səbəb olur".

 





01.09.2020    çap et  çap et