525.Az

Hindistan ABŞ-la ticarət razılaşması imzalamağa hazır olduğunu bəyan etdi


 

Hindistan ABŞ-la ticarət razılaşması imzalamağa hazır olduğunu bəyan etdi<b style="color:red"></b>

Nyu-Dehli sentyabrın 2-də ABŞ-la ticarət müqaviləsi imzalamağa hazırlaşır, lakin dəqiq tarix Vaşinqtondan asılıdır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda ABŞ və Hindistan arasında strateji tərəfdaşlığa dair virtual forumda çıxış edən Hindistanın Ticarət və Sənaye, həmçinin Dəmir Yolları naziri Piyuş Qoyal bildirib.

“ABŞ-da daxili siyasi vəziyyət imkan verərsə, hər şeyi yekunlaşdıra bilərik. Sabah razılaşdırdıqlarımızı imzalamağa hazıram”, - dedi.

 





01.09.2020    çap et  çap et