525.Az

Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradılıb


 

Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradılıb<b style="color:red"></b>

Azərbaycanşünaslığın formalaşmasında tarixçilər, türkoloqlar, şərqşünaslar, qafqazşünaslar, dilşünaslar, etnoqraflar və digər elm sahələrini təmsil edən, həm klassik, həm müasir dövrün yaradıcı insanları, görkəmli alimlər iştirak ediblər.

Azərbaycan kitabxanaları, o cümlədən, AMEA MEK müstəqillik dövründə  ölkənin həyatında baş verən yenilikləri, islahatları dəqiq əks etdirməklə yanaşı, yeni texnologiyaların informasiya resurslarının, innovativ ideyaların reallaşdırılmasında fəal iştirak etməli, öz professional öhdəliklərini heç bir ambisiyadan çıxış etməyərək Azərbaycan naminə siyasi və sosial təhlükələri sovuşduracaq vətənpərvər cəsarətlə yerinə yetirməlidir. Məhz bu məqsədlə, AMEA MEK Azərbaycanşünaslığa dair bütün elmi resursları əhatə edərək elektron informasiya mühiti ilə dinamik əlaqəyə öz bəhrəsini verə biləcək, rekonstruksiya olunmuş Azərbaycanşünaslıq şöbəsinin yaradılmasına qərar verib. Şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşmasıdır.

Şöbədə Azərbaycançılıq və Azərbaycanşünaslığa dair  ictimai, humanitar, dəqiq və yer elmləri sahəsinə dair tədqiqatların nəticələri - dissertasiyalar, monoqrafiyalar, kitablar, elmi toplular və s. sənəd, materiallar toplanılır.

Həmçinin, şöbədə beynəlxalq aləmdə qəbul edilmiş biblioqrafik standartlara uyğun olaraq sistemləşdirilmə, ənənəvi (əvvəlki illərdə artıq dondurulmuş və nöqsanlı olan aparat-kataloqlar yenidən işlənilməklə) və elektron  informasiya-axtarış aparatının yaradılması, ayrıca ən aktual hesab edilən materialların annotasiyalı elektron məlumat bazasının tərtibi, Azərbaycanşünaslıq baxımdan xarici dillərdə və fərqli formatlarda olan əhəmiyyətli nəşrlərin xüsusi bölmələrinin əlavə edilməsi nəzərdə tutulur.

Azərbaycançılıq və Azərbaycanşünaslığın aktual mövzularına həsr olunmuş, həm Azərbaycan, həm də xarici dillərdə dövri-mətbuat materiallarının elektron məlumat bazasının təşkili də  bura daxildir.

Eyni zamanda,  mütəmadi olaraq cari, retrospektiv, şəxsi və elmi-sahəvi biblioqrafik göstəricilərin nəşri də şöbənin fəaliyyətinin bir istiqaməti olacaqdır.

Yeni yaradılan şöbənin AMEA MEK-in kitabxana-informasiya şəbəkəsinin müasir informasiya-kommunikasiya texnologiyaları bazasında  modernləşdirilməsini nəzərdə tutan konsepsiya əsasında əsasnamə və nizamnaməsi də işlənilib.

Strateji məqsəd  bütün dünya ölkələri ilə beynəlxalq əlaqələrdə informasiya mübadiləsini apara biləcək Azərbaycanşünaslıq üzrə elektron informasiya mərkəzinin yaradılmasıdır.

ŞAHANƏ

 





01.09.2020    çap et  çap et