525.Az

Uşaq musiqi və incəsənət məktəbləri direktorlarının videomüzakirəsi keçirilib


 

Uşaq musiqi və incəsənət məktəbləri direktorlarının videomüzakirəsi keçirilib<b style="color:red"></b>

Kürdəmir Regional Mədəniyyət İdarəsində uşaq musiqi və incəsənət məktəbləri direktorlarının iştirakı ilə videokonfrans keçirilib.

Regional İdarənin rəisi Elman Məmmədov mədəniyyət müəssisələrində karantin dövründə görülmüş işlər, daxil olan məktubların vaxtında icra olunması, uşaq musiqi və incəsənət məktəblərində yeni tədris ilinin başlanması ilə əlaqədar sənədləşmə işlərinin aparılması, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi sahəsində qarşıda duran vəzifələrdən danışıb.

Yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə, sosial dəstəyə ehtiyacı olanlara və aztəminatlı ailələrə qayğı göstərilməsinin zəruriliyi xüsusi vurğulanıb.

Videokonfransda musiqi və incəsənət məktəbinin direktorları yeni dərs ili ilə əlaqədar bir sıra məsələlərə toxunub və onun həlli yollarını müzakirə ediblər.

 





01.09.2020    çap et  çap et