525.Az

"Qan yaddaşımız - Qubadlı" adlı videoçarx hazırlanıb


 

"Qan yaddaşımız - Qubadlı" adlı videoçarx hazırlanıb<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) İnformasiya-resurs şöbəsi "Qan yaddaşımız" layihəsi əsasında yeni videoçarxlar hazırlamaqda davam edir.

Layihə əsasında hazırlanmış "Qan yaddaşımız - Qubadlı" adlı növbəti videoçarx 1993-cü il avqustun 31-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Qubadlı rayonuna həsr edilib.

Qubadlının işğal olunduğu tarix, xəritə üzrə təsviri və ərazisinin təbiəti ilə bağlı fotolarla başlayan videoçarxın davamında rayonun toponimi, tarixi, mağaraları, qalaları, türbələri, təbiəti, abidələri, coğrafiyası, relyefi və tanınmış şəxsiyyətləri ilə bağlı ümumi məlumatlar almaq mümkündür.

"Əliquluuşağı" körpüsü, "20 Yanvar abidəsi", "Dəmirçilər" və "Gürcülər" türbələri, Məlikəhmədli kəndində yerləşən bulaq və digər tarixi abidələrin videolent görüntüləri videoçarxda nümayiş edilir.

Videoçarxda, həmçinin, əsir qalaları və Bərgüşad çayının görüntüləri ilə bağlı fotoları da izləmək olar.

Rayon haqqında məlumatlar səsli olaraq kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən verilir.

"Qan yaddaşımız - Qubadlı" adlı videoçarx kitabxananın "YouTube" kanalında yerləşdirilib.

Qeyd edilən layihə əsasında videoçarxlar mütəmadi olaraq davam edir.

 





01.09.2020    çap et  çap et