525.Az

BDU-nun müəllimi beynəlxalq vebinarda iştirak edib


 

BDU-nun müəllimi beynəlxalq vebinarda iştirak edib<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının urdu dili müəllimi Eldost İbrahimov Hindistanda fəaliyyət göstərən "Urdu dilinin İnkişafı üzrə Milli Şura" (Urdu Council) və Hindistan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə  baş tutan "Elektronika və sosial media əsrində urdu dili mütəxəssislərinin vəzifələri" mövzusunda beynəlxalq vebinarda iştirak edib.

BDU-dan verilən xəbərə görə,  Danimarka, Almaniya, Kanada, Hindistan, Pakistan, Banqladeş və Misirdən olan alimlərin iştirak etdiyi konfransda Azərbaycan Bakı Dövlət Universiteti ilə təmsil olunub. Hindistanın Təhsil naziri Ramesh Pokriyalın da iştirak etdiyi vebinarda "Qloballaşma dövrü və virtual məkanda urdu dilinin problemləri və həll yolları" adlı məruzə ilə çıxış edən Eldost İbrahimov vebinar iştirakçılarına müasir dövrdə urdu dilinin inkişaf istiqamətlərindən və bu dilin təbliği üçün Azərbaycanda, o cümlədən, Bakı Dövlət Universitetində yetişdirilən mütəxəssislərin fəaliyyəti barəsində ətraflı məlumat verib.

Azərbaycanda urdu dilinin tədrisini yüksək qiymətləndirən konfrans iştirakçıları təmsil etdikləri ali məktəblərin urdu dili şöbələri ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin urdu dili şöbəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.

Vebinar urdu dilinin müasir texnika erasında inkişaf yolları, problemlər və həll yolları kimi məsələlər ətrafında müzakirələrin aparılması ilə yekunlaşıb.

 





01.09.2020    çap et  çap et