525.Az

"Dərs vaxtı" yeni formatda


 

"Dərs vaxtı" yeni formatda<b style="color:red"></b>

Sentyabrın 1-dən "Mədəniyyət" telekanalında "Dərs vaxtı" proqramının yayımına start verilir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həftənin beş günü tarixdən riyaziyyata, ədəbiyyatdan kimyayadək məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunacaq.

Teledərslər yeni studiyada, təcrübəli müəllimlərin izahı ilə təqdim ediləcək. Hər günə dair dərs cədvəlləri şagirdlərlə əvvəlcədən paylaşılacaq. Teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "YouTube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından, eyni zamanda, "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

 





01.09.2020    çap et  çap et