525.Az

Müəllim olmaq istəyən 1691 nəfər imtahan verib


 

Müəllim olmaq istəyən 1691 nəfər imtahan verib<b style="color:red"></b>

Avqustun 31-də ingilis dili müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilib.

Təhsil Nazirliyinin məlumatına görə, imtahanlarda 1691 namizəd iştirak edib. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilib.

Məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə müvafiq qaydalara uyğun olaraq dörd mərhələdə - elektron ərizə qəbulu, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə yolu ilə aparılır.

Elektron ərizələrin qəbulundan sonra göstəricilərin qiymətləndirilməsi, daha sonra test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə həyata keçirilir.

Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 20 təlim strategiyaları və metodikaya aid sual təqdim edilir. Bu mərhələdə keçid balını toplayan namizədlər 8 vakant yer seçir.

Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanan namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılır.

 





01.09.2020    çap et  çap et