525.Az

Bakı Təhsil İdarəsinə ötən ay 4279 müraciət daxil olub


 

Bakı Təhsil İdarəsinə ötən ay 4279 müraciət daxil olub<b style="color:red"></b>

Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) edilən zənglər, həmçinin, BŞTİ-yə daxil olan sənəd və elektron müraciətlərlə bağlı statistika açıqlanıb.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata əsasən, ötən ay ümumilikdə 4 279 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1453 zəng qəbul edilib. Ötən ay 1607 sənəd (vətəndaşlar tərəfindən 358 ərizə, Təhsil Nazirliyindən 186, digər qurumlardan 122, məktəblərdən 498 məktub, 13 strukturdaxili yazışma və 430 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin, 1219 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyatı, şagirdlərin elektron yerdəyişməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, BŞTİ-də vətəndaş qəbulu müvəqqəti olaraq dayandırılıb.

Sevinc QARAYEVA

 





02.09.2020    çap et  çap et