525.Az

Azərbaycan ötən il MDB-də İran məhsullarının ikinci ən böyük idxalçısı olub


 

Azərbaycan ötən il MDB-də İran məhsullarının ikinci ən böyük idxalçısı olub <b style="color:red"></b>

Azərbaycan MDB ölkələri arasında İran məhsullarının ikinci ən böyük idxalçısına çevrilib.

"APA-Economics" IRNA-ya istinadən xəbər verir ki, İranın ötən təqvim ilində (hicri-qəməri təqvimi: 2019 mart - 2020 mart) nəticələrinə görə, Azərbaycana 429 mln. ABŞ dolları dəyərində mal ixrac edilib.

İran məhsullarının ixracı baxımından birinci yeri Rusiya (457 mln. dollardan çox), üçüncü yeri isə Ermənistan (231 mln. dollar) tutur.

Son bir ildə İranın MDB ölkələrinə ixracatının ümumi həcmi 1,75 mlrd. dolları üstələyib ki, bu da bir il əvvəlki göstəricidən 133 faiz çoxdur.

 





02.09.2020    çap et  çap et